Əlilliyi olan şəxslər üçün aşağıda qeyd olunan sosial ödənişlər nəzərdə tutulub:
- Əlilliyə görə əmək pensiyası
- Əlilliyə görə sosial müavinət
- Prezident təqaüdü
Əmək pensiyası şəxsin (sığortaolunanın) xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir.
Sosial müavinət şəxsin əlilliyə görə əmək pensiyası hüququ yaranmadıqda qanunvericiliklə nəzərdə tutulmuş hallarda təyin edilir.
Hər iki sosial ödəniş xəstəlik və ya xəsarət nəticəsində əqli və ya fiziki əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir.
Prezident təqaüdü müəyyən koteqoriya əlillər üçün nəzərdə tutulub.