ƏLİLLİK SƏBƏBİNİN DƏYİŞDİRİLMƏSİ

Əlillik səbəbi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aşağıdakı hallarda dəyişdirilir:

Əlillik müəyyən edildikdən sonra “Əlilliyin qiymətləndirilməsi Qaydasının”  (Qayda) 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda;

göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda.

Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir.

Əlillik səbəbinin dəyişdirilməsi Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur.