Əlilliyin müəyyən edilməsi ilə bağlı münasibətlər əsas etibarilə aşağıdakı normativ sənədlərlə tənzimlənir:
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmişvə 01 iyul 2022-ci ildən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları” https://e-qanun.az/framework/49623
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-cı il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” http://www.e-qanun.az/framework/44232
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-cı il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”
http://www.e-qanun.az/framework/44218
Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir.
Əlilliyin müəyyən edilməsi 3 mərhələdən ibarətdir:
- əlilliyin qiymətləndirilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi;
- Tibbi Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən əlilliyin qiymətləndirilməsi;
III. əlilliiyn qiymətləndirilməsi nəticələrinə müvafiq qərarın qəbul edilməsi.