Sosial təminat hüquqları – qadınlar üçün yaddaş kitabçası

İnsanlar müxtəlif səbəblərdən gəlir və dolanışıq vasitələrini itirə, özünün və ailəsinin sağlamlığının və rifahının qorunmasında çətinliklə üzləşə bilərlər. Belə hallarda qadınlar xüsusilə əlverişsiz vəziyyətə düşür. Əksər vaxt dövlətin həyata keçirdiyi sosial müdafiə tədbirləri, ayırdığı pensiya, müavinət və təqaüdlər bu insanlar üçün yeganə dolanışıq vasitəsi olur.
İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü İctimai Birliyi gəlir azlığı, xəstəlik, əlillik, işsizlik və digər səbəblərdən həssas vəziyyətdə olan qadınların sosial təminat hüquqlarından daha səmərəli istifadəsinə yardım məqsədi ilə yaddaş kitabçası hazırlayıb. Azərbaycan Respublikasının normativ-hüquqi aktları əsasında hazırlanmış kitabçada ölkədə həyata keçirilən sosial təminat proqramları, o cümlədən, sosial müavinətlər, pensiyalar, təqaüdlər və s. haqqında ümumi məlumatlar əks olunmaqla, əsasən qadınları hədəfləyən sosial müdafiə tədbirlərinə yer verilmişdir.
Nəşr Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyilə `⁠ İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü ⁠` İB və `⁠ PI Consulting ⁠` MMC-nin birgə icra etdiyi `⁠ Regionlarda sosial təminat proqramlarına çatımlılığın yaxşılaşdırılması ⁠` təşəbbüsü çərçivəsində hazırlanaraq çap edilib.
Özünüzün və ya yaxınlarınızın sosial dəstəyə və himayəyə ehtiyacı varsa, sizə şamil olunan sosial təminat hüquqları haqqında ilkin məlumatları bu bələdçi vasitəsilə əldə edə bilərsiniz.

yüklə