- Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş və ya bu xəstəliyi keçirmiş, habelə əlilliyi müəyyən edilmiş şəxslərə, əmək qabiliyyətini müvəqqəti itirmiş işləyən əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara 4 ay dalbadal, yaxud bir təqvim ilində 5 aya qədər müavinət verilir.
- Şüa xəstəliyinə tutulmuş və bu xəstəliyi keçirmiş şəxslər, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar tibbi göstəricilərə əsasən azmaaşlı işə keçirilərkən əvvəlki maaşla yeni maaş arasındakı fərqi almaq hüququna malikdirlər. Bu fərq əmək qabiliyyəti bərpa edilənədək, yaxud əlillik, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğu müəyyənləşdirilənədək iş yerində ödənilir.
- Çernobıl AES-də qəza nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin, o cümlədən köçürmə zonası hüdudlarında zərər çəkmiş vətəndaşların qəza baş verdikdən sonra doğulmuş və Azərbaycan Respublikası vətəndaşları olan övladlarının , əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə, əlillik sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara 18 yaşı tamam olana qədər, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə isə müddətsiz müəyyən edilir.
- Çernobıl AES-də qəza nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə, o cümlədən köçürmə zonası hüdudlarında zərər çəkmiş vətəndaşların qəza baş verdikdən sonra doğulmuş və Azərbaycan Respublikası vətəndaşları olan övladlarına, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların səhhətinin pozulmasına səbəb olmuş ziyana görə onlara aşağıdakı məbləğlərdə birdəfəlik maddi yardım göstərilir:
- I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud uşaqlara -minimum əmək haqqının 30 misli məbləğində;
- II dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud uşaqlara -minimum əmək haqqının 20 misli məbləğində;
- III dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud uşaqlara -minimum əmək haqqının 15 misli məbləğində.