Əlilliyi olan şəxslərin diqqətinə!
“Demokratiyanı Öyrənmə” İctimai Birliyi əlilliyi olan şəxslərə ödənişsiz hüquqi yardım xidməti təklif edir. Aşağıdakı xidmətlər tam ödənişsiz həyata keçirilir.
– hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlərin verilməsi;
– dövlət qurumlarına ünvanlanan ərizələrin, şikayətlərin və digər müraciətlərin tərtib edilməsi;
– dövlət orqanlarından və digər qurumlardan daxil olmuş rəsmi sənədlərin məzmunun izah edilməsi;
– digər növ hüquqi məsləhət xidmətlərinin göstərilməsi.
Hüquqi yardım xidməti üçün həftənin I-V günləri saat 10.00-dan 18.00-dək əlaqə saxlaya və müraciətlərinizi ünvanlaya bilərsiniz:
E-mail: [email protected]
Telefon və Whatsapp nömrələri: +994 514540529