Məşğulluqla bağlı hüquqlar

  • Əlilliyi olan şəxslər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər, sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən valideynlər üçün mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatlarda vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilir.

 

Kvota şamil edilməyən müəssisələr:

  • Dövlət orqanları;
    • Mərkəzi və yerli seçkili orqanlar (seçki yolu ilə tutulmayan vəzifələr istisna olmaqla);
    • Elm və ali təhsil müəssisələri (elmi və elmi-pedaqoji fəaliyyətlə bağlı müsabiqə yolu ilə tutulmayan vəzifələr istisna olmaqla);
    • İşçilərinin orta illik siyahı sayı 25 nəfərdən az olan müəssisələr;
  •  Hərbi qurumların, hüquq mühafizə, milli təhlükəsizlik və prokurorluq orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən struktur bölmələri, penitensiar müəssisələr və istintaq təcridxanaları.
  •  Özünüməşğulluq tədbirlərində əlilliyi olan şəxslərə o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara üstünlük verilir.
  • Sosial iş yerlərinin təşkili zamanı əlilliyi olan şəxslərə o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara üstünlük verilir.