Prezident təqaüdü yalnız müəyyən koteqoriyadan olan əlillər üçün müəyyən edilmişdir. Bunlar aşağıdakılardır:
- Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü
“Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında edilmiş dəyişiklikliyə əsasən 2021-ci il yanvarın 1-dən təqaüdün aylıq məbləği aşağıdakı kimi müəyyən edilib:
- I qrup əlillərə -400 manat;
- II qrup əlillərə -350 manat;
- III qrup əlillərə -300 manat
Tələb olunan sənədlər:
- müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı);
- ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti;
- əlillik barədə tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış;
- Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulanların müharibə əlilliyi vəsiqəsinin surəti.
1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üzrə tələb olunan sənədlər:
- müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı);
- ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti;
- əlillik barədə tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış.
- Ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən I qrup əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü
“Ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən I qrup əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 128 nömrəli Fərmanında edilmiş dəyişiklikliyə əsasən 2021-ci il yanvarın 1-dən təqaüdün aylıq məbləği 130 manat məbləğində müəyyən edilib.
Tələb olunan sənədlər:
müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı);
- ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti.
- əlillik barədə tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış.
- Ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü
Ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 31 dekabr 2020-ci il tarixli Fərmanı ilə 1 yanvar 2021-ci il tarixdən təqaüdün aylıq məbləği 210 manat müəyyən olunub.